Daşkənddə “Nəqşibəndiyyə turizm festivalı” keçirilib
Daşkənd, 14 noyabr, AZƏRTAC
“Ümumdünya sufi mərkəzi”nin təşəbbüsü ilə Daşkənddə “Nəqşibəndiyyə turizm festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Malayziya, İndoneziya, Türkiyə, İngiltərə, Yeni Zelandiya, Çin, Hindistan, Avstraliya, ABŞ və digər ölkələrdən gələn Nəqşibəndiyyə sufi təriqətinin 150 ardıcılı iştirak edib.
Öz forma və miqyasına görə ilk dəfə keçirilən bu festivalın əsas məqsədi məşhur Şərq mütəfəkkirlərinin İslamın inkişafında və dünya sivilizasiyasındakı roluna lazımi qiymət verməkdir.
İştirakçılar Özbəkistandakı müqəddəs yerləri, ziyarətgahları gəzib, dini ayinlərin icrası prosesinə baxıblar.
“Ümumdünya sufi mərkəzi” tədbirlə bağlı buraxılan broşürlər və reklam materialları əsasında turist paketləri də hazırlayıb. Bu paketlər Malayziya və digər ölkələrin turizm bazarında yayılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]