Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Daşkəsən, 5 aprel, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon Məhkəməsinin təşkilatçılığı ilə Daşkəsən şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun cökə ağacları əkilərək suvarılıb, aqrotexniki qulluq göstərilib.