Dekabrın 8-də ölkə ərazisinin bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
Bakı, 7 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Şimal küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, axşam və gecə intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8, gündüz 12-15, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]