Deputat: Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün çox əhəmiyyətlidir
Bakı, 11 sentyabr, AZƏRTAC
Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Bakıda “Azərbaycan və Qazaxıstan arasında münasibətlər Qazaxıstan Prezidentinin xalqa müraciəti prizmasından” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında bildirib.
Layihənin strateji əhəmiyyətini vurğulayan deputat deyib: “Orta Dəhliz zəruri diversifikasiya və dünya bazarlarına çıxışın təmin edilməsi deməkdir”. Onun sözlərinə görə, Qazaxıstanın beynəlxalq təşkilatlar çərçivəsində maraqları Azərbaycan tərəfindən həmişə diqqətə alınacaq və dəstəklənəcək.