Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir
Bakı, 29 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir.
DİM-dən AZƏRTAC-a bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.
Orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən etibarən dayandırıldığı nəzərə alınaraq şagirdlər üçün əlverişli olsun deyə 2019-2020-ci ilin tədris planında 01.03.2020-ci il tarixindən sonrakı dövrə aid mövzular üzrə hazırlanmış “vizuallaşdırılmış dərs”lərin siyahısı (V-VII sinif) DİM-in saytında http://www.dim.gov.az/news/5130/ yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]