Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş müraciətlərini dinləyəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov noyabrın 28-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
Bu barədə AZƏRTAC-a DMX-in mətbuat xidmətindən bildirilib.
Qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə noyabrın 27-dək Bakı şəhəri, Atatürk prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]