Dövlət standartlarının sayı 2 dəfəyədək artıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 9 ay ərzində qəbul edilmiş dövlət standartlarının sayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edəcək.