Dövlət Xidməti yeddi ayda 1,6 milyard manatlıq müsabiqə əsaslı satınalma keçirib
Bakı, 7 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumi dəyəri 1.628,3 milyon manat olan 3545 müsabiqə əsaslı satınalma reallaşıb.
AZƏRTAC xəbər verir ki, bunlardan 52-si açıq tender, 1966-sı elektron açıq tender, 1304-ü kotirovka sorğusu, 223-ü isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.
Yanvar-iyul ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 5253 yekun protokol təhlil olunub, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 725 yekun protokol ləğv edilib.