Dünya çempionatında kişi batutçular arasında fərdi proqram üzrə finalçılar müəyyənləşib
Bakı, 20 noyabr, AZƏRTAC
Bakıda təşkil olunan dünya çempionatında kişi batutçular arasında fərdi proqram üzrə finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarımfinalın nəticəsinə görə, ilk səkkiz pillədə qərarlşan gimnastlar həlledici mərhələyə vəsiqə qazanıblar.
Medallar uğrunda çinli Lanqyu Yan, Yeni Zelandiya təmsilçisi Dilan Şmidt, Belarus gimnastları Oleq Rabtsov, Andrey Builov, yaponiyalı Ryusei Nişiko, Allan Morante (Fransa), portuqaliyalı Dioqo Abreu və Dmitri Uşakov (Rusiya Gimnastika Federasiyası) mübarizə aparacaqlar.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.