Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib
Bakı, 17 noyabr, AZƏRTAC
2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri və vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər.
Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək.
Pley-off iştirakçısı olan 12 komanda üç “dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il martın 24-25-də və 28-29-da baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]