DÜŞƏNBƏDƏ MDB-NİN YARADICI ZİYALILARININ 3-CÜ FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 18-dən 20-dək Düşənbədə MDB-nin yaradıcı ziyalılarının 3-cü Forumu keçiriləcəkdir.
Forumda ölkəmizi Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun başçılığı ilə səkkiz nəfərdən ibarət ziyalılar qrupu təmsil edəcəkdir.
İkigünlük forumun açılışı Tacikistan hökumətinin “Puqus” şəhərətrafı iqamətgahının böyük salonunda olacaqdır. Sonra forum öz işini mədəni irs, ədəbiyyat, kitab nəşri, kino, teatr, musiqi, memarlıq, təsviri incəsənət və dizayn bölmələri üzrə Tacikistan Elmlər Akademiyası, “Paytaxt” Gənclər sarayı, Lahuti adına teatr və “Kahi Bəhdət” kompleksində davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]