DYP: Sumqayıtda hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücülər barəsində tədbir görülüb
Bakı, 5 aprel, AZƏRTAC
Sumqayıt şəhəri ərazisində təkəri yerində olmayan qəzalı yük avtomobilinin nəqliyyatın intensiv hərəkət etdiyi yolda yedəyə alınaraq təhlükəli üsulla daşınması ilə bağlı sosial mediada yayılan videogörüntü Baş Dövlət Yol Polisi (DYP) İdarəsində araşdırılıb.
Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.
Nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də nasaz avtomobili yedəyə alaraq təhlükəli üsulla daşıyan sürücülər müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
“Üzləşdiyi problemi başqalarına təhlükə yaratmaqla aradan qaldırmağa çalışan “ZİL” sürücüsünün bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir və ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”, - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:35]
Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır
- 15.10.2026 [15:14]
Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
- 15.10.2026 [15:07]
“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO
- 15.10.2026 [15:03]
Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
- 15.10.2026 [14:44]