Efiopiyada təyyarə qəzasında həlak olan iki rusiyalı “Sberbank lizinq” şirkətinin əməkdaşları idi
Moskva, 11 mart, AZƏRTAC
Efiopiyada qəzaya uğramış sərnişin təyyarəsində həlak olan üç rusiyalıdan ikisi “Sberbank lizinq” şirkətinin əməkdaşı olub.
AZƏRTAC xəbər verir ki, martın 10-da Efiopiyada qəzaya uğramış “Ethiopian Airlines” şirkətinə məxsus təyyarənin iki sərnişini - rusiyalı Yekaterina və Aleksandr Polyakovlar “Sberbank lizinq” şirkətinin əməkdaşları olublar. Bankdan bildiriblər ki, cütlük Afrikaya istirahətə getmişdi.
Qəzada həlak olan digər rusiyalı Sergey Vyalikov Tver şəhərinin sakini olub. O, paraşüt idmanı üzrə təlimçi işləyib və Afrikaya turist səfərinə yollanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]