Efiopiyada təyyarə qəzasında ölən Britaniya vətəndaşlarının sayı 9-a çatıb
London, 12 mart, AZƏRTAC
“Efiopiya Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən Britaniya vətəndaşlarının sayı 9-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ilkin məlumatlarda təyyarədə 7 Britaniya vətəndaşı olduğu qeyd olunsa da, sonradan bu rəqəm 9-a çatıb.
Qeyd edək ki, “Efiopiya Hava Yolları” şirkətinin təyyarəsi paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Londo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]