Əfqanıstanda taliblərin hücumları nəticəsində 19 hərbçi həlak olub
Bakı, 30 mart, AZƏRTAC
Əfqanıstanda “Taliban” hərəkatının hücumları nəticəsində təhlükəsizlik qüvvələrinin 19 əməkdaşı həlak olub.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, hücumlardan biri ölkənin cənubundakı Zabul əyalətində baş verib. Silahlılar martın 30-na keçən gecə orduya məxsus posta hücum edərək altı əsgəri qətlə yetirib. Həmçinin atışma nəticəsində hücum edən bir neçə silahlının da öldürüldüyü bildirilir.
Ölkənin şimal-qərbində yerləşən Tahar əyalətində isə döyüşlər nəticəsində 13 polis əməkdaşı həlak olub, altı nəfər yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurmalar davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və münaqişə tərəfləri arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]