Əhalinin banklardakı əmanətləri artıb
Bakı, 15 mart, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,0 faiz artaraq 2024-cü il fevral ayının 1-nə milli valyuta ekvivalentində 13116,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 65,0 faizi milli, 35,0 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 0,9 faiz azalıb.
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,85) manata, 100 türk lirəsinə 5,52 (5,59) manata, 100 rus rubluna 1,86 (1,88) manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:34]
Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub
- 14.10.2026 [13:23]
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir
- 14.10.2026 [13:20]
Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb
- 14.10.2026 [13:12]