“Əkinçi-UA” MMC-nin təşəbbüsi ilə Ucarda yaşıllaşdırma aksiyasına start verilmişdir
Ucar, 11 dekabr (AZƏRTAC). Kənd təsərrufatına xidmət mərkəzi olan “Əkinçi-UA” MMC “Ekologiya ili” çərçivəsində Ucarın orta məktəblərində yaşıllaşdırma aksiyasına start vermişdir.
Aksiyadan əsas məqsəd məktəbyanı sahələrdə yaşıllıqların salınmasına və ərazilərin məişət tullantılarından təmizlənməsinə nail olmaqla diqqəti ətraf mühütin qorunmasına yönəltməkdir.
İlk tədbir Ucar şəhərindəki 2 saylı orta məktəbdə keçirilmişdır. Aksiya çərçivəsində burada yüzlərlə şam ağacı və həmisəyaşıl kollar əkilmişdir. Rayon icra hakimiyyəti aparatının işçiləri, BP-nın, Azərbaycan Aqro İnformasiya Mərkəzinin və “Ümid” təşkilatının nümayəndələri məktəbin müəllim və şagird kollektivlərinə dəstək vermişlər.
Aksiyanın iştirakçıları kənd yaşayış məntəqələrində də bu cür tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış etmişlər.
Qeyd edək ki, “Əkinçi-UA” BP-nin maliyyə dəstəyi ilə ABS-ın Uşaqların Xilası Təşkilatı və Azərbaycan Aqro İnformasiya Mərkəzi tərəfindən BTC kəməri boyunca reallaşan Gələcək İcmalar Proqramı çərçivəsində yaradılmışdır. “Əkinçi-UA” indiyədək rayonda drenaj kanalların təmizlənməsi, kəndarası yolların təmiri kimi bir çox sosial yönümlü layihələr həyata keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]