“Ekol Mühəndislik Xidmətləri”ndə Dünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunub
Bakı, 5 iyun, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin baş direktoru Ramil Əliyev Dünya Ətraf Mühitin Mühafizəsi Gününün yaranma tarixi, əhəmiyyəti, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər, dövlət və milli proqramların uğurlu nəticələri barədə danışıb.
Digər çıxış edənlər QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, respublikada ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ətraf mühitin plastik qablar və məmulatlarla çirklənməsi, cəmiyyət üçün zərərli olması, bəşəriyyətdə ətraf mühitin çirklənməsi və görülən tədbirlər barədə məlumat veriblər. Eyni zamanda, ətraf mühitin mühafizəsinə dair videoçarx nümayiş etdirilib.
Sonda QSC-nin 7 nəfər əməkdaşı ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]