Ekologiya İdarəsi istilik effekti yaradan qazları və davamlı üzvi çirkləndiriciləri inventarlaşdırmağa başlamışdır
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Ekologiya İdarəsi istilik effekti yaradan qazların inventarlaşdırılmasına başlamışdır. Bu işlər “ARDNŞ-də və şirkətin iştirak etdiyi layihələrdə səmt qazının azaldılması planı”, habelə “İqlim dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-in strategiyası”nın icrası çərçivəsində həyata keçiriləcəkdir.
Şirkət eyni zamanda, Azərbaycanın qoşulduğu ”Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası ilə tənzimlənən zərərli maddələrin aşkarlanması və utilizasiya edilməsi prosesinə də qoşulmuşdur. Bu məqsədlə ARDNŞ-in, əməliyyat şirkətləri və birgə müəssisələrin obyektlərində davamlı üzvi çirkləndiricilərin (polixlorbifenil maddəsinin) inventarlaşdırılmasına başlanılmışdır.
Ekologiya İdarəsi tərəfindən həyata keçiriləcək monitorinq başa çatdıqdan sonra əldə olunacaq nəticələr əsasında müvafiq hesabatın hazırlanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]