Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 13-də saat 07:00 radələrində Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, ilkin ehtimala görə yanğının səbəbi ovçuların və ya çobanların odla ehtiyatsızlığı olmuşdur.
Yanğın saat 16:00 radələrində ETSN, Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri və əhalinin iştirakı ilə söndürülmüşdür.
Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]