Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət daxil olub
Bakı, 26 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qaynar xəttinə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, araşdırma zamanı sözügedən ünvanda dörd ədəd ağac və iki ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.
Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120 min manat məbləğində cərimə edilib.
Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]