Ekoloji layihələrin nəticələri müzakirə edilmişdir
Bakı, 9 dekabr (AZƏRTAC). Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ekologiya ili” çərçivəsində maliyyələşdirdiyi ekoloji layihələrin nəticələrinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə ekoloji təşkilat və layihələrin rəhbərləri, ekspert və mütəxəssislər iştirak etmişlər.
Şuranın sədri Azay Quliyev bildirmişdir ki, 2010-cu ildə ekologiya istiqamətində 31 layihə maliyyələşdirilmişdir. Həmin layihələrə 169 min manat vəsait ayrılmışdır. Layihələr Şabran, Yevlax, Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Lənkəran, Şirvan, Neftçala, Hacıqabul, Füzuli, Beyləqan, Xaçmaz, Salyan, Sabirabad, Masallı, Qəbələ, Goranboy, Tərtər, Bərdə rayonlarını əhatə etmişdir. Dörd QHT ağacəkmə, 22 QHT maarifləndirmə işləri görmüşdür. Eyni zamanda, ekologiya sahəsində müxtəlif çap materialları hazırlanmışdır.
Vurğulanmışdır ki, Şura tərəfindən maliyyələşdirilmiş layihələr ölkəmizdə ekoloji problemlərin ictimaiyyət üçün aktuallaşdırılmasına, ekoloji maarifçilik işinin gücləndirilməsinə, ayrı-ayrı regionlarda ekoloji vəziyyətin monitorinqinə və problemlərin həlli istiqamətində addımların atılmasına yardım etmişdir.
Tədbirdə müxtəlif QHT rəhbərləri cari il ərzində ekologiya sahəsində gördükləri işlər barədə məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]