Ekoloji qanunvericiliyi pozulması ilə bağlı cərimə tətbiq olunmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Astara rayon Vəznəş kənd sakini tərəfindən Hirkan Milli Parkında ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən Milli Parkın işçiləri və şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırma zamanı Milli Parkın Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 kubmetr həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 kubmetr həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktları aşkar edilmişdir.
Ağaclardan 3 ədədinin Astara rayon Vəznəş kənd sakini Ə.Abbasov tərəfindən kəsilməsi müəyyənləşdirilərək protokol tərtib edilmiş, qanun pozucusu inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur.
Ümumilikdə, təbiətə dəymiş 731,56 manat məbləğində ziyanın 671,58 manatının ödənilməsi təmin olunmuş, qalan 59,98 manatın ödənilməsi üçün isə tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]