“Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır
Bakı, 22 yanvar, AZƏRTAC
Səudiyyənin “Əl-Nəsr” klubu “Olimpiakos”un braziliyalı müdafiəçisi Marselonu heyətinə qatmaq istəyir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, səudiyyəlilər Madrid klubunun sabiq kapitanı ilə maraqlansalar da, hələlik ona təklif verməyiblər. Qeyd olunur ki, braziliyalının dəvətinin təşəbbüskarı komandaya yeni qatılan Kriştiano Ronaldo olub. O, Marselo ilə uzun müddət "Real Madrid"də çıxış edib.
Xatırladaq ki, Marselo 2007-2022-ci illərdə "Real"ın futbolçusu olub. Komandanın heyətində keçirdiyi 546 oyunda müdafiəçi 38 qol vurub və 103 məhsuldar ötürmə edib. "Real Madrid"lə Marselo 25 kubok qazanıb. 2022-ci ilin sentyabrından Marselo Yunanıstan "Olimpiakos" klubu ilə müqavilə başlayıb. Müqavilənin müddəti yayda başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]