Əlcəzairin Azərbaycandakı səfiri ölkəsinin paracüdo üzrə beynəlxalq turnirdə yarışacaq komandasını ziyarət edib
Bakı, 24 may, AZƏRTAC
Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Azərbaycanda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında iştirak etmək üçün Bakıya gələn ölkəsinin yığma komandasını ziyarət edib.
Əlcəzair səfirliyindən AZƏRTAC-a bildiriblər ki, diplomat və səfirliyin əməkdaşları milli komandanı yarışda qələbəyə ruhlandırmaq üçün onlara dəstək ifadə ediblər.
Qeyd edək ki, baş məşqçi Belarbi Lahouari Nadirin rəhbərlik etdiyi Əlcəzair milli komandası Bakıya mayın 20-də gəlib. Qran-Pri yarışında milli komandanın heyətində dörd kişi və bir qadın idmançı - Paralimpiya və dünya çempionu Lamri Sid Ali (66 kq, kapitan), Meskine Mehdi (73 kq), Ouldkouider Ishak (60 kq), Radjai Youcef (81 kq), Abdellaoui Cherine (52 kq) mübarizə aparacaqlar.
Xatırladaq ki, mayın 25-26-da Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 38 ölkədən 200 idmançı iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]