Elektrik enerjisindən istifadənin araşdırılması məqsədilə 72 nəzarət tədbiri görülüb
Bakı, 6 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 72 nəzarət tədbiri aparıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 58 nəzarət tədbiri görülüb.
Həmçinin hesabat dövrü ərzində Agentlik tərəfindən 27 müəssisədə 60 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]