SİYASƏT
ELİMİZİN FƏDAKAR OĞLU HEYDƏR ƏLİYEVİN VƏFATI DİASPORUMUZ ÜÇÜN BÖYÜK İTKİDİR
dövlətimizin qurucusu Heydər Əliyevin vəfatı xarici ölkələrdəki
soydaşlarımızı da sarsıtmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, elimizin müdrik, fədakar oğlu
Heydər Əliyevin dəfn mərasimində iştirak edə bilməyən qürbətdəki
həmvətənlərimizin başsağlığı teleqramlarının ardı-arası
kəsilmir. Onların heç biri bu dahi şəxsiyyətin ölümü ilə barışmaq
istəmir. Heç kəs inanmır ki, dünya azərbaycanlılarının arxa-dayağı olan
Heydər Əliyev həyatdan getmişdir.
Türkiyədəki Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi,
“Turan” Qazaxıstan, Qırğızıstan, Özbəkistan Konqresi, Polşa-Azərbaycan
Mədəniyyət Mərkəzi, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi,
“Paris-Azərbaycan Evi”, Asiya Olimpiya Şurası, eləcə də Böyük Britaniya,
İsveç, Macarıstan, Fransa, Norveç, İsveçrə və digər ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatları tərəfindən göndərilmiş başsağlığı
teleqramlarında bir fikir xüsusi vurğulanır: Bu yaxınlara qədərbir-birimizlə əlaqə qura bilmirdik, pərakəndə fəaliyyət göstərirdik. Bizə
birləşməyi Heydər Əliyev öyrətdi, onun siyasəti
sayəsində birləşdik. Amma Heydər Əliyevin görəcəyi işlər hələ
çox idi. Canından artıq sevdiyi Azərbaycanı işıqlı gələcəyə aparmaq,
qürbətdə yaşayan azərbaycanlıların birləşdirilməsi və
diasporumuzun inkişafı üçün geniş planları, arzuları vardı. Bu arzuların
yarımçıq qalması bizi göynədir. Heydərsevərlər bir tərəfdən də
Allaha şükür edirlər ki, dahi şəxsiyyətin, Azərbaycanın böyük oğlunun
ideyalarını həyata keçirə bilən layiqli davamçısı vardır. Biz Azərbaycan
Prezidenti İlham Əliyev ətrafında sıx birləşərək Heydər Əliyevin planlarının,
arzularının həyata keçirilməsində öz köməyimizi əsirgəməyəcəyik.
Bu ağır gündə biz yenə də Azərbaycanla, onun Prezidenti İlham Əliyevləyik. Öz tarixi Vətənimizdən çox-çox uzaqlarda yaşasaq da, ürəyimiz sizinlədir.
Allah Prezident Heydər Əliyevə rəhmət eləsin, xalqımıza səbr versin!