Elmi nəşrlərin axtarış üsullarına dair vebinar təşkil olunacaq
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 18-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Elsevier B.V.” şirkətinin birgə təşkilatçılığı ilə “Scopus-elmi nəşrlərin axtarış üsulları” mövzusunda vebinar keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, vebinarda “Elsevier”in Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçisi texniki ixtisaslı kafedraların elmi-pedaqoji heyəti üçün jurnalların axtarış üsulları və onların metrik göstəricilərinə görə qiymətləndirilməsi haqqında məlumat verəcək.
Universitetin elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara “Zoom” platforması üzərindən qoşula bilərlər. Vebinarda qeyd olunan prosedurları həyata keçirmək üçün linkə keçid edərək “Scopus” elmi platformasından məsafəli istifadə hüququnu əldə etmək lazımdır.
Vebinarın sonunda şirkət tərəfindən sertifikatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:32]
İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
- 14.10.2026 [16:30]
Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar
- 14.10.2026 [16:02]
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib
- 14.10.2026 [15:58]