Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmira Axundova: Azərbaycanlılar həmişə rus dilinə və mədəniyyətinə can atıblar

Bakı, 13 mart, AZƏRTAC

Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun jurnalistinə müsahibəsində iki ölkə arasında humanitar əməkdaşlığın gələcək perspektivlərindən danışıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Bu yaxınlarda Sankt-Peterburqda müzakirə edilən MDB-nin iştirakçısı olan ölkələrin mədəni irsinin qorunub saxlanılması haqqında Konvensiyanın qəbul edilməsi nə kimi əhəmiyyət və aktuallıq kəsb edir?

-Biz Konvensiyanı qəbul etsək, bu, böyük iş olacaq. Konvensiya dövlətlərin tarixi abidələrə münasibətdə məsuliyyətini stimullaşdıracaq. Orada maraqlı və əhəmiyyətli olan olduqca çox məsələnin, o cümlədən MDB ölkələrinin mədəni irsi olan obyektlərin reyestrinin yaradılmasının əsası qoyulub. Amma müasir reallıqlar nəzərə alınmayıb. Reallıqlar isə belədir ki, MDB ərazisində zəifləməyən silahlı münaqişələr var - sənədi bu cür hazırlamaq olmaz. Bütün dünya kimi, MDB məkanı da təlatüm içindədir. Ölkələr bir-biri ilə münaqişə edir. Maddi-mədəni irs məhv olur. Ölkələrdən biri digər ölkənin qeyri-maddi irsinə yiyələnir. Canlı nümunə - Azərbaycanın işğal edilmiş əraziləridir. Burada yüzlərlə və minlərlə tarixi və arxeoloji abidə, onlarca kitabxana dağıdılıb, milyonlarca kitab, muzeylər və qəbiristanlıqlar yerlə bir edilib. Mən hələ bütün toponimlərin və yaşayış məntəqələrinin adlarının tam erməniləşməsindən danışmıram, yəni burada azərbaycanlıların yaşadığını xatırladan hər şey yox edilib. Buna görə də Azərbaycan çoxsaylı iradlarını təklif edib, həmkarları da bunu anlayışla və böyük diqqətlə qarşılayıblar. Biz işi davam etdiririk - çox böyük iş olacaq, çünki sənəd yetərincə natamamdır. Bununla belə, o, taleyüklüdür, bütün mübahisəli və zəif məqamlar aradan qaldırılmalıdır.

-Ölkələr arasında, məsələn, Rusiya ilə Azərbaycan arasında mədəni irsin qorunub saxlanılması üzrə birgə işə hər hansı maneə varmı?

-Nəinki heç bir problem yoxdur, əksinə, Heydər Əliyev Fondu Həştərxan vilayətində knyaz Vladimirə abidə ucaldıb, yəni Azərbaycan bu abidəni Rusiyaya hədiyyə edib. Azərbaycanda, demək olar, bütün pravoslav kilsələri bərpa edilib. Dövlətin vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilib. Müqəddəs Mirodaşıyan Zövcələr Kafedral Kilsəsi bərpa edilib. Abidələrin çoxu Rus Pravoslav Kilsəsinə verilib. Bu, əsl tolerantlıq və qarşılıqlı etimada söykənən mədəni əməkdaşlıq nümunəsidir və mən yüzlərlə belə nümunə gətirə bilərəm. Heydər Əliyev Fondu onlarca ölkədə mədəni irs abidələrinin qorunub saxlanılmasında və bərpa edilməsində iştirak edir. Hətta Vatikanda bir neçə tablo və Roma katakombaları Heydər Əliyev Fondunun vəsaiti ilə bərpa edilib. Belə ki, Azərbaycan mədəni irsə, özü də təkcə özününkünə deyil, münasibət baxımından başqa dövlətlərə həqiqi örnək göstərir.

-Siz Rusiya ilə Azərbaycanın humanitar əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

-Çox yüksək. Amma istərdim ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə daha rahat şərait yaradılsın. Axı, burada çox böyük diaspor yaşayır. Hətta radio və ya televiziyada hər hansı kanalın açılması barədə düşünmək olar, çünki azərbaycanlılar hər bir şəhərdə yaşayırlar. Azərbaycanlı müəllifləri daha çox nəşr etmək olar. Düşünürəm ki, yazıçı və jurnalistlərin timsalında mədəni əlaqələr prosesi daha intensiv olmalıdır, çünki maraq var. Budur “Baku” jurnalı - bu jurnal Moskvada çox populyardır, özü də təkcə azərbaycanlılar arasında deyil. Azərbaycanda isə Bakıda rus dilində xeyli qəzet və jurnal nəşr olunur, çoxlu sayda rus dilində məktəb var, Moskva Dövlət Universitetinin və M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları yaradılıb, qarşılıqlı olaraq fakültələr açılıb - indi həm Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan dili fakültəsi, həm də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Azərbaycanda yaxşı mənada Rusiyanın mədəni-maarif ekspansiyası baş verir və mən bunu alqışlayıram, çünki heç kəs heç kəsi dil öyrənməyə məcbur etmir. Sadəcə azərbaycanlılar həmişə rus dilinə və mədəniyyətinə can atıblar. Bizdə rus dilinin və mədəniyyətinin qorunub saxlanılması dövlətin sərəncamındadır. Bu, yenə də bizdən öyrəniləsi bir nümunə - tolerant və multikultural cəmiyyət tərbiyə olunması nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO