Əməkdar elm xadimi Zəhra Quliyevanın xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Qadın Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuş tibb elmləri doktoru, professor Zəhra Quliyevanın 100 illik yubileyi ilə əlaqədar yanvarın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi İkinci Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Komitənin kollektivi İkinci Fəxri xiyabana gələrək Əməkdar elm xadimi Zəhra Quliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri düzüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva professor Zəhra Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb, onun qadınlara qayğısı barədə fikirlərini bildirib.
Sonda Zəhra Quliyevanın ruhuna dualar oxunub.