Əməliyyatlarının həcmi 200 min manatdan artıqdırsa,ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməlidir
Bakı, 8 may, AZƏRTAC
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 min manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Beləliklə, vergiödəyicisinin bir əqd və ya müqavilə üzrə əməliyyatının ümumi dəyəri 200 min manatdan artıq olduqda, həmin əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Digər halda vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olmadığı halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]