“Eni S.P.A” şirkətinin üçüncü rübdə xalis mənfəəti 30 faiz azalıb
Bakı, 26 oktyabr, AZƏRTAC
İtaliyanın “Eni S.P.A” neft-qaz şirkətinin 3-cü rübdə xalis mənfəəti 30 faiz azalaraq 1,27 milyard avro olub.
AZƏRTAC “MarketScreener”ə istinadla xəbər verir ki, qeyd olunan dövrdə şirkətin karbohidrogen hasilatı isə 2 faiz artıb.
Ötən rüb şirkətin gəlirləri də 14 faiz azalaraq 3,4 milyard avroya qədər azalıb. “Eni S.P.A”, həmçinin cari ildə səhmlərin geri alınması proqramının 2 milyard avroya qədər artırılacağını qeyd edib.
“Eni” illik karbohidrogen hasilatının gündə təxminən 1,7 milyon barel olacağını və “Brent” markalı neftin proqnozlaşdırılan qiymətinin bir barel üçün 83 dollar olacağını gözləyir.
Qeyd edək ki, “Eni” Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5 faiz pay sahibdir.