Ər-Riyadda azərbaycanlı sumoçuların iştirak etdiyi ümumdünya etno festivalına start verilib
Bakı, 11 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ümumdünya etno festivalına start verilib.
Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar. İdmançılarımız turnirdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə iştirak edir. Asif Səfərbəyov, Camal Feyziyev və Zaur Bağırov baş məşqçi Samir Abdullayevin rəhbərliyi altında öz güclərini sınayırlar.
Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]
Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib
- 18.06.2026 [15:37]