ERMƏNİ VANDALİZMİ BARƏDƏ HƏQİQƏTLƏR DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMALIDIR
Göyçay, 31 mart (AZƏRTAC). Göyçayda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını və Azərbaycanlıların soyqırımı abidə kompleksini ziyarət edərək önünə əklil və gül dəstələri düzmüşlər.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edənlər “böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə, Lənkəranda törədilən qırğınlardan, azərbaycanlıların başına gətirilmiş müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Sərəncam imzalamaqla 92 il öncə günahsız yerə öldürülmüş minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan vermədi. Bu sənəd ermənilərin beynəlxalq aləmdə ifşa olunmasının başlanğıcını qoydu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]