Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistana belə “qələbələrdən” çox arzu etmək olar

Ermənistana belə “qələbələrdən” çox arzu etmək olar

Strasburq, 17 oktyabr, AZƏRTAC

Müstəqil Ekspertlər Cəmiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Doqu Perinçek İsveçrəyə qarşı” işi üzrə AİHM-nin 17 dekabr 2013-cü il tarixli qərarından İsveçrə hökumətinin apelyasiya şikayətinə dair qərarını hələ uzun müddət qiymətləndirəcək, Ermənistanda isə bu qərar ətrafında spekulyasiyalar hələ uzun müddət davam edəcək. Xatırladaq ki, o vaxt türkiyəli siyasətçi Doqu Perinçek İsveçrə hökumətinə qarşı məhkəmə iddiası qaldırmışdı. İsveçrə bu işi biabırçı şəkildə uduzmuş və AZƏRTAC məhkəmənin qərarının ətraflı təhlilini təqdim etmişdi (bax:http://azertag.az/ru/xeber/112373). Bu apelyasiya şikayəti üzrə Məhkəmənin dünənki qərarı Berni və onun arxasında gizlənən erməni təşkilatlarını məmnun etmədi - 17 dekabr 2013-cü il tarixli əvvəlki qərar qüvvədə qaldı.

Təbii ki, bu işdə qoyulmuş son nöqtəni Türkiyədə tam qələbə kimi qiymətləndirdilər. Buna görə də həmin gün Türkiyə KİV-lərində xüsusi monitorinq keçirməyə ehtiyac duymadıq. Amma əvəzində erməni tərəfin reaksiyası maraqlı idi və məhz bu reaksiya bizi gözlədiyimizdən də çox əyləndirdi.

Birinci olaraq İsveçrədəki erməni təşkilatları reaksiya verdilər və məhkəmənin qərarından hiddətləndiyini və “şoka düşməsini” gizlətmədilər ("Switzerland's Armenians deeply shocked by ECHR verdict in Perincek case", bax: http://news.am/eng/news/290981.html). İsveçrə-Ermənistan assosiasiyasının (SAA) yaydığı press-relizdə etiraf edilir ki, söz azadlığı vacib məsələdir, lakin dərhal əlavə edilir ki, bu hüququ “mütləqləşdirmək olmaz”. Bu təşkilatın fikrincə, “tarixi yenidən yozmaq, xüsusən ən ağır cinayət olan soyqırımının inkar edilməsi və ya ona haqq qazandırılması məqsədilə ifadə azadlığından sui-istifadə edilməsi yolverilməzdir”.

Mübahisə etməyə dəyməz, qəşəng sözlərdir. Lakin bu bəyanatın müəllifləri 1915-ci il hadisələrini apriori “soyqırımı” hesab etməyi üstün tutublar və məhz burada, necə deyərlər, ağ ediblər. Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələr barəsində müxtəlif fikirlər mövcuddur. Bəziləri ermənilərin qətlə yetirilməsini “soyqırımı” hesab edir, digərləri başqa fikirdədir. Heç kəsin öz fikrini bütün bəşəriyyətə zorla qəbul etdirməyə və mütləq həqiqətə malik olmaq iddiasına düşməyə haqqı yoxdur. AİHM-nin birinci qərarının mahiyyəti məhz ondan ibarət idi ki, erməni tərəfin iddialarına rəğmən tarixçilər arasında bu məsələyə dair polemikada konsensus əldə edilməyib (yeri gəlmişkən, SAA öz press-relizində AİHM-nin əvvəlki instansiyasının qərarını yenə şübhə altına alır və yenə iddia edir ki, guya “1915-ci il hadisələrinin soyqırımı olması barədə dünyada konsensus mövcuddur”). Məhz bu səbəbdən “1915-ci il erməni soyqırımı” haqqında erməni narrativinin guya “hamılıqla qəbul edilmiş tarixi fakt” kimi xarakterizə edilməsi, yumşaq desək, mübaliğədir. Bu traktovka (belələri çoxdur) nəinki “hamılıqla qəbul edilmiş fakt”, ümumiyyətlə fakt deyil. Ona görə də SAA-nın press-relizindən yuxarıda sitat gətirilən fraza nə qədər qəşəng səslənsə də, onun 1915-ci il hadisələrinə heç bir aidiyyəti yoxdur.

Press-relizin ciddi hissəsi burada başa çatır və bundan sonra gülməli hissə başlanır. Məsələn, SAA hesab edir ki, bu cür qərarlarla ayrı-ayrı tanımaları, o cümlədən Roma Papası Fransisk tərəfindən tanımanı hörmətdən salmaq yolverilməzdir. Biz heç ağlımıza da gətirə bilməzdik ki, vətəndaşlar milli məhkəmə orqanlarının qərarlarından razı olmayanda şikayətlə Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə deyil... Vatikandakı Roma Papasına müraciət etmək lazım imiş. Belə çıxır ki, son instansiyada həqiqət Papadır! Bax, bunu biz həqiqətən bilmirdik!. İndi biləcəyik!

İsveçrə-Ermənistan parlament dostluq qrupunun həmsədri Uli Leonbergerin reaksiyası da bundan az dərəcədə absurd olmayıb. O, öz hökumətini... Türkiyə hökumətinin təzyiqi qarşısında “təslim olmaqda” qınayır (bax: http://www.swissinfo.ch/eng/society/41720676). Bunun nədə ifadə olunduğunu və Leonbergerin ölkəsinin harada türklərin təzyiqinə “təslim olduğunu” anlaya bilmədik. Amma İsveçrə hökumətinin məhz Berni apelyasiya şikayəti verməyə məcbur etmiş yerli erməni təşkilatlarının təzyiqi altında öz beynəlxalq imicini zərbə altında qoyması barədə cənab Leonberger biabırçı şəkildə susub.

“Lragir” nəşrinin daimi müəllifi Naira Ayrumyan “soyqırımını inkar etmək olar: təqsirkar Ermənistandır” sərlövhəli məqalə ilə çıxış edib (bax: http://www.lragir.am/index/rus/0/comments/view/44764). Ayrumyan elə bu yazının sərlövhəsində səhvə yol verib. Ona görə ki, soyqırımını inkar etmək olmaz. Soyqırımının (məsələn, Holokostun, Ruandada və Bosniyada törədilmiş qətliamların) inkar edilməsi mənəviyyatsızlıqdır, müəyyən mənada hətta cinayətdir. Lakin bunun üçün hüquq müstəvisində əvvəlcə soyqırımı faktının özü müəyyən edilməlidir ki, sonradan onu inkar etmək olmasın. Axı, əslində olmayan şeyi pisləmək və üstəlik, onun inkar olunmasını cinayət kimi təqib etmək mümkün deyil. “Erməni soyqırımı” məsələsinin bütün məğzi ondan ibarətdir ki, hüquqi məkanda belə bir fakt yoxdur. Erməni soyqırımı yoxdur. Bu fakt müəyyən edilməyib. Buna görə həmin yazının sərlövhəsi düz deyil.

News.am nəşrində dərc edilmiş məqalənin sərlövhəsi də maraqlıdır - “AİHM İsveçrənin iddiasını rədd etdi: soyqırımı barəsində Ermənistanın mövqeyi qalib gəldi” (bax: http://news.am/rus/news/290970.html). Görünür, müəlliflər “qələbə” dedikdə məhkəmə tərəfindən soyqırımı məsələsinin özünün müzakirəsindən imtina edilməsi barədə bəyanatı nəzərdə tuturlar. Amma burada müəlliflərdən soruşmaq lazımdır: əgər onlar özlərinin haqlı olmasına bu dərəcədə əmindirlərsə, onda nədən qorxurdular? İkincisi, məhkəmə hər halda bu məsələ barədə öz mövqeyini dolayısı da olsa ifadə edib. Yeri gəlmişkən, biz hələ bu məsələyə qayıdacağıq.

Nəhayət, vəkillər özləri - Cefri Robertson və Amal Kluni özlərini o yerə qoymamağa çalışıblar. Bu da aydındır. Axı, onlar özlərini necəsə təmizə çıxarmalı və aldıqları qonorara haqq qazandırmalıdırlar. Buna görə də onlar gülməli bəyanatla çıxış edərək AİHM-nin qərarını ... “Ermənistan üçün qələbə” adlandırıblar (bax: http://news.am/rus/news/291082.html). Bu cütlüyün fikrincə, guya “qələbə” ondan ibarətdir ki, Böyük Palata “soyqırımı faktını” şübhə altına almış əvvəlki instansiyanın “səhvini” təkrarlamayıb.

Onların bəyanatında deyilir: “Biz bu ciddi səhvi düzəltməyə çalışdıq və Ali Palata bunu etdi. Bugünkü məhkəmə erməni soyqırımı faktı barədə mübahisə etmir. On hakim dedi ki, bu məsələ ümumiyyətlə müzakirə edilməməlidir, yeddi hakim isə bildirdi ki, erməni soyqırımı dəqiq müəyyən edilmiş tarixi faktdır.

Əvvələn, belə hallarda ayrı-ayrı hakimlərin nə deməsi heç kəs üçün maraqlı deyil. Vacib olanı məhkəmənin ümumi fikridir. İkincisi, Ermənistanın vəkilləri çox yöndəmsiz tərzdə işi belə qələmə verməyə cəhd edirlər ki, guya Böyük Palata öz qərarı ilə aşağı instansiyanın əvvəlki qərarını “əvəz edib”. Bu fikir o vaxt ədalətli olardı ki, Böyük Palata İsveçrənin apelyasiya şikayətini təmin edəydi. Onda əvvəlki qərar həqiqətən ləğv edilmiş sayılardı. Lakin Böyük Palata Bernin apelyasiyasını rədd etməklə və əvvəlki instansiyanın qərarının düzgün olmasını təsdiq etməklə əvvəlki sənədi öz qəti verdiktinin mətni ilə əvəz etməyib, həmin qərarda olan bütün ifadələri qüvvədə saxlamaqla onu TAMAMLAYIB.

İndi qarşımızda iki qərar var və onlar həqiqətən bir-birini tamamlayır. Əgər madam Kluni və ser Robertson öz müştərilərinin başını qatmaq üçün onlara belə bir nağıl danışmaq istəyirlər ki, guya apelyasiya şikayəti verilən andan, özü də həmin şikayətin sonrakı taleyindən asılı olmayaraq (hətta ali instansiya sonradan apelyasiya verilmiş hökmü qüvvədə saxlasa belə) məhkəmənin həmin qərarı, oradakı xoşagəlməz ifadələr avtomatik olaraq öz qüvvəsini itirir, bu onların şəxsi işidir. Qoy onlar işi uduzmuş müştərilərinə verdikləri acı dərmanı istədikləri konfetlə şirinləşdirsinlər! Bu ki, başdan ayağa sərsəmlikdir! Əgər ali instansiya apelyasiyanı təmin etməyibsə, deməli əvvəlki qərar və onun bütün frazaları qüvvədə qalır! Bunu hüquq fakültəsinin birinci kursunda oxuyan hər kəs bilir!.

Beləliklə, ortada olan nədir? Bir tərəfdən Ermənistanın vəkilləri açıq etiraf edirlər ki, AİHM-nin əvvəlki instansiyasının qərarı “erməni soyqırımı” barədə fikirlərin guya “fakt” olmasını həqiqətən şübhə altına alır (buna görə sağ olun, çünki ermənilər iki ilə yaxın müddətdə bunu israrla inkar edirdilər). Digər tərəfdən görürük ki, onlar hüquqşünaslar üçün tamamilə cəfəng və qeyri-peşəkar şəkildə işi elə qələmə verməyə cəhd edirlər ki, guya apelyasiyanın təmin olunmasından yuxarı instansiyada imtina edilməsi əvvəlki qərarın ləğv olunması deməkdir. Əksinə - bu, əvvəlki qərarın ləğv edilməsi deyil, onun təsdiq edilməsi və yeni frazalarla tamamlanması deməkdir.

Nəhayət, üçüncü və ən mühüm məsələ - Böyük Palatanın qərarında 1915-ci il hadisələri haqqında məhkəmənin öz fikri olmasına aydın və açıq eyhamı Ermənistanda gizlətmək üçün nə qədər çalışsalar da qərarın mətnini diqqətlə öyrənəndə görünür ki, bütün bu səylər hədərdir. Aşağıdakı cümləyə diqqət yetirmək kifayətdir: “Məhkəmə baxılan iş kontekstində tarixi və kontekstual səbəblərə görə, irqi nifrət hissinin qızışdırılması forması hesab edilə biləcək Holokost barəsində bəyanatlarla oxşarlıq görməyib”. Əslində, qərarın bütün mətnində mərkəzi fraza budur! Məhz bu ifadə Ermənistan vəkillərinin bütün komandasını yıxıb sürüyür.

İş burasındadır ki, Kluni və Robertsonun çıxışının ana xətti və ümumiyyətlə onların bütün taktikası elə qurulmuşdu ki, ermənilərin qətlə yetirilməsini Holokosta maksimum dərəcədə bağlasınlar. Onlar bu iki hadisəni nə qədər sıx bağlaya bilsəydilər, sonradan 1915-ci il hadisələrinin “soyqırımı” olması mövqeyində dayanmaları bir o qədər asan olardı. AİHM-nin qərarından yuxarıda gətirdiyimiz sitat çox incə tərzdə və diplomatik şəkildə işarə edir ki, məhkəmənin öz qəti fikri var və bu fikir ondan ibarətdir ki, Holokost ilə ermənilərin məsələsini qarışdırmaq olmaz! Məhkəmə təkcə bu fraza ilə vəkillər komandasının bütün müdafiə xəttini nokauta göndərib, bir zərbə ilə işini bitirib! Məhkəmə onları başa salıb ki, o, bu barədə susa bilərdi və əsas diqqəti “söz azadlığı” məsələsi üzərində cəmləşdirə bilərdi. Lakin bu cümləni qərarın mətninə daxil etməklə məhkəmə açıq-aydın mesaj göndərib ki, onun öz mövqeyi var və bu mövqe birmənalıdır - bu iki tarixi hadisəni bir-biri ilə müqayisə etmək olmaz!

Təbii ki, erməni tərəfi Perinçekin fikrini azad ifadə etmək hüququna hücum çəkməyə şansı olmadığını yaxşı başa düşürdü. Məhkəmədən nə isə qopartmaq üçün onlar Perinçekin özünü yaddan çıxarıb əvəzində soyqırımı mifi ətrafında barrikada qurmaq və bu mifi mümkün olan hər cür müzakirələrdən kənarda saxlamaq qərarına gəliblər. Allah eləməsin, birdən hakimlər soyqırımın özünü müzakirə etməyə başlayarlar! Bilmək olmaz, aşağı instansiya məhkəməsində olduğu kimi, müzakirələr onları hara aparıb çıxara bilər.

Robertson-Kluninin taktikası, bax, bundan ibarət idi. Ancaq yenə da uğur qazana bilmədilər. Birincisi, onlar məhkəmədən tarixi hadisələr barədə susmaq razılığını yalvar-yaxar alandan sonra, faktiki olaraq özləri özlərini ifşa etdilər - müzakirədən boyun qaçırmaq həmişə təslim olmaq sayılır. İkincisi, onlar gözəl bilirdilər ki, apelyasiyanın təmin olunmayacağı təqdirdə birinci instansiyanın qərarı yenisi ilə əvəzlənmir, əksinə, qüvvədə qalır və ora yeni ifadələr əlavə olunur. Odur ki, müştərilərinin qarşısında yedikləri qonorara bəraət qazandırmağa cəhd etməyə çalışdılar. Üçüncüsü, onlar hətta apelyasiya instansiyasının qərarında da məqsədlərinə çata bilmədilər - məhkəmə nəzakətli şəkildə olsa da Holokostla istənilən müqayisəni təkrarən rədd edib, soyqırımı barədə mövqeyini ifadə etdi.

Ermənistanın vəkillər komandasının yalançı «şadyanalığında» bir məqam da maraq doğurur. Əgər Perinçek Armedia.am nəşrinin yazdığı kimi «Ermənistana uduzubsa» (bax: http://armedia.am/rus/news/24971/perinchek-viyigral-delo-u-shveiycarii-no-proigral-armenii.html), o vaxt niyə SAA-nın press-relizində məhkəmənin qərarı barədə hiddətlə danışılır? Belə çıxır ki, onlar Ermənistanın «qələbəsindən» şoka düşüblər?

İndi isə, necə deyərlər «desert» üçün saxlanılan əsas məsələ barədə. Erməni şərhçilər AİHM-nin onların gözlərini «soyqırımı» termininin tətbiq olunması məsələsinə baxmaqdan guya məsafə saxlamaları barədə bəyanatla dumanlandıraraq «1915-ci il soyqırımı» haqqında mifin necə incə və səssiz-səmirsiz belini sındırdığını heç hiss də etməyiblər. Bir fikir verin: Perinçek Avropa konvensiyasının 10-cu maddisi nöqteyi-nəzərindən bəraət alıb. Bu nə deməkdir? Yəni aydın deyil?

İndi isə diqqət! Söz azadlığı yalnız ətrafında fikir müxtəlifliyi olan və təkzibedilməz fakt olmayan nəyəsə şamil edilə bilər! Məhkəmə öz bəraət hökmü ilə müəyyən etdi ki, 1915-ci il hadisələrinin erməni versiyasını inkar etmək qadağan olunmur. Hansı səbəbə görə? Çox sadə bir səbəbə görə - bu, inkar edilməsi əxlaqdan kənar, cinayət sayılan soyqırımı deyil, fakt deyil. AİHM Perinçekin İsveçrə məhkəməsinin qərarı barədə şikayətini təmin edərkən, faktiki olaraq yumşaq tərzdə etiraf etdi ki, 1915-ci ilin hadisələri soyqırımı deyil, onların ətrafında fikir müxtəlifliyi mövcuddur. Bu fikirlərdən hansınısa dəstəkləmək, yaxud ifadə etmək Perinçekin hüququdur. Bu etiraf birbaşa yox, dolayısı edilib, lakin əlaqə göz önündədir!

Perençikin məhkəmə tərəfindən bəraət alması və onun «erməni soyqırımı» traktovkasını inkar etmək hüququnun təsdiqlənməsi faktının özü bunun soyqırımı faktı yox, yalnız mülahizə olmasının etirafıdır. Başqa cür olsaydı Perençikə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsindən istifadə etməyə icazə verilməzdi. Əgər o, beynəlxalq tribunalların qərarları ilə müəyyən olunmuş (soyqırımı cinayətinin qarşısının alınmasına dair 1948-ci il Konversiyasının tələb etdiyi kimi) Holokost, yaxud tutsi və Bosniya müsəlmanlarının soyqırımını inkar etsəydi, ona hətta İnsan Hüquqları Konvensiyanın 10-cu maddəsinə istinad etməklə bəraət verilə bilməzdi. Ancaq 1915-ci il hadisələri ilə bağlı bu maddə işləyir. Niyə? Bu haqda Robertson və Kluni düşünüblərmi? Öz erməni müştərilərinə bunu başa salıblarmı?

Hər şey çox sadədir - Holokost, Ruanda və keçmiş Yuqoslaviyada soyqırımlar danılmaz faktlardır və İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə sığınaraq onları inkar etmək olmaz. Erməni təbliğatının «ermənilərin soyqırımı» adlandırdığı isə fakt deyil, mülahizədir (bir çox mülahizələrdən biridir), odur ki, mülahizələrdən birinin inkar edilməsi hüququ yuxarıda göstərilən 10-cu maddə ilə təmin edilir! Bu da məsələnin izahı. Hökmün özü soyqırımı məsələsinə Məhkəmə tərəfindən mövqenin ifadəsidir. məhkəmənin 10-cu maddəyə müraciət etməsi soyqırımın özünə oxunan hökmdür.

Beləliklə, Məhkəmənin guya əslində soyqırımı məsələsinə toxunmaq fikri olmadığı barədə sözlərinə baxmayaraq o, öz qəti mövqeyini üç dəfə ifadə edib:

1) baxılan işin Holokostla müqayisəsini rədd etməklə

2) Elmi mühitdə konsensusun olmadığı, həmçinin Holkostda olanların erməni narrativdə olmadığı barədə açıq şəkildə danışılan aşağı instansiyanın qərarını ləğv etməyib qüvvədə saxlamaqla (bax: AZƏRTAC-da göstərilən məqaləyə)

3) Perençikə İnsan Hüquqları Konvensiyasının məhz 10-cu maddəsi ilə bəraət verməklə erməni tərəfini həqiqət üzərində monopoliyadan məhrum edib soyqırımın özünə hökm çıxarmaqla.

10 illik epopeyada son nöqtə qoyuldu. Son qərarın məhz 2015-ci ildə çıxarılması olduqca vacibdir. Bu il bütün dünya ermənilərinin AİHM-lə bağlı işləri onlar üçün acınacaqlı oldu. Əvvəlcə Çıraqovun işi ilə bağlı qərar o mənada tarixi oldu ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə nəzarət etməsi bu ölkəni həmin ərazidə baş verənlərə görə məsuliyyət daşıyan hüquqi baxımdan təcavüzkar ölkəyə çevirdi. Deməli orada baş verən bütün hərbi cinayətlərə görə Ermənistan cavab verməlidir. Bu yandan da həmin o AİHM «erməni soyqırımını»n tarixi fakt sayılmasının mümkünsüzlüyünü iki dəfə təsdiq etdi (açıq şəkildə və nəzakətli eyhamla).

Ümumiyyətlə ermənilər, hüquqi müstəvidə həddən ziyadə zəifdirlər. Parlament tərəfindən qəbul edilmiş Valeri Buaye qanun layihəsinin yetərincə ermənipərəst Fransanın Konstitusiya Şurası tərəfindən ləğv edilməsi ilə bağlı onların üzləşdiyi biabırçılığı yada salmaq kifayətdir. Daha sonra yenə Fransada məhkəmədə türk xanımı Sirme Oran-Martsa uduzmuş daşnak Lorent Leyləkyanın burnu ovuldu ( bax: http://aze.az/id/88734, azertag.az/ru/xeber/113754). Erməni terrorçu təşkilatı ASALA-nın sabiq mətbuat katibi Ara Toronyanın da fransız tarixçisi Maksim Quenin iddiası üzrə uduzması gözlənilir (http://1news.az/politics/20140218115941600.html).

Maraqlıdır, görəsən Slovakiyada guya «erməni soyqırımı»nın inkarının kriminallaşdırılması haqqında iki gurultulu məqalədən sonra (bax: http://aze.az/id/83638, http://aze.az/id/83658) son vaxtlar səsi çıxmayan Aşot Qriqoryan indi nə barədə düşünür?

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib