Ermənistanda rusiyalı hərbçiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub
Moskva, 11 mart, AZƏRTAC
Ermənistanın Şirak vilayətinin sakini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusuna bıçaqla xəsarət yetirmək şübhəsi ilə tutulub.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistan sakini 22 yaşlı rusiyalı hərbçini bıçaqla yaralamaqda şübhəli bilinir.
KİV-lərin məlumatına görə, bıçaqlaşma hadisəsi martın 8-nə keçən gecə Gümrü şəhərində baş verib. Təqribən saat 01:30 radələrində Gümrü Tibb Mərkəzinə döş qəfəsində bıçaq yarası olan kişi gətirilib. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, zərərçəkən Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Racan Kajimirovdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]