Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırırlar
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin
valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müdafiə nazirinin müvafiq tapşırığına əsasən, Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.