Ətraf mühit sahəsində gənclərin biliklərinin artırılması zəruridir
Bakı, 31 may, AZƏRTAC
5 iyun- Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hər il müxtəlif ekoloji-maarifləndirici tədbirlər həyata keçirilir. Ənənəvi olaraq keçirilən bu tədbirlər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə təşkil olunur. Bu məqsədlə mayın 31-də nazirliyin əməkdaşlarının və ETSN-də yaradılan Gənclər Şurasının nümayəndələrinin iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün seminar-məşğələ keçirilib.
ETSN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir ətraf mühitin mühafizəsi sahəsindəki biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunub.
Seminarda çıxış edənlər dövlətin ekologiya sahəsində həyata keçirdiyi siyasət və bu istiqamətdə gənc nəslin fəal rolu haqqında danışıblar. Gənclərin ətraf mühit sahəsində biliklərinin artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Bundan əlavə tələbələrə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində görülmüş işlər, yaşıl iqtisadiyyat və davamlı inkişaf mövzularında ətraflı məlumatlar verilib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]