“Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ali məktəb tələbələri ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, yaşıllıqların artırılması sahəsində ETSN tərəfindən görülmüş işlər və tədbirlər barədə məlumat verilib. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi, dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının əhəmiyyəti də diqqətə çatdırılıb.
“Dəyirmi masa”nın keçirilməsində məqsəd tələbələrin ətraf mühit sahəsində biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb edilməsidir.