Evlərin isidilməsi əksər avropalıların cibinə uyğun deyil
Budapeşt, 4 fevral, AZƏRTAC
Avropa İttifaqına üzv ölkələrin əhalisinin orta gəliri ilə müqayisədə təbii qazın dəyəri o dərəcədə bahadır ki, əksər ailələrin öz yaşadığı mənzilləri lazımınca qızdırmağa imkanları çatmır.
AZƏRTAC Avropa Statistika Agentliyinin məlumatına istinadla xəbər verir ki, rəyi soruşulan Bolqarıstan (34 faiz), Litva (28 faiz), Macarıstan (26 faiz), Yunanıstan (23 faiz), Kipr (22 faiz), Portuqaliya (19 faiz) və İtaliya (14 faiz) sakinləri evlərini lazımi səviyyədə isidə bilmədiklərini etiraf ediblər. Təkcə Macarıstanı götürsək, hələ 8 il bundan əvvəl bu göstərici 15 faizə bərabər olub.
Ən yaxşı vəziyyət inkişaf etmiş ölkələrdə - Avstriya, Finlandiya, Lüksemburq, Niderland, Estoniya və İsveçdədir. Həmin ölkələrdə əhalinin yalnız 2 faizi bununla bağlı çətinliklə qarşılaşır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [14:38]
Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub
- 17.08.2026 [14:33]
Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb
- 17.08.2026 [14:23]
Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək
- 17.08.2026 [14:23]
“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb
- 17.08.2026 [13:48]
Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb
- 17.08.2026 [13:02]
Almaniyadan könüllü geri qayıdanların sayı artıb
- 17.08.2026 [12:57]