Fevralın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 4-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 759 millimetrə enəcək, nisbi rütubət gecə 85-90, gündüz 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Axşam isə qar yağacağı gözlənilir.
Temperatur gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və axşam havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-8° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və axşam havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-3° isti, gündüz 4-7° isti olacaq,
dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° isti təşkil edəcəkdir.