Fevralın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 10-şaxtadan 20-dək isti, gündüz 2-50 isti təşkil edəcəkdir.
Bakıda gecə 0-20, gündüz 3-50 isti təşkil olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-50 şaxta, bəzi yerlərdə 20-dək isti, gündüz 5-100 isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-110, gündüz 0-50 şaxta təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı vardır. Yağıntılar bəzi yerlərdə intensiv olacaqdır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 20 şaxtadan 20-dək isti, gündüz 3-60 isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-50 şaxta, gündüz 0-50 isti, dağlarda gecə 6-110, gündüz 0-50 şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 30 şaxtadan 20 -dək isti, gündüz 2-70 isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntıların intensiv və güclü olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-20, gündüz 3-60 isti, dağlarda gecə 2-70 şaxta, gündüz 20 şaxtadan 30-dək isti olacaqdır.