Fevralın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaqdır. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-4° təşkil edəcəkdir.
Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 90-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir, arabir intensivləşəcəyi ehtimalı vardır. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı vardır. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı vardır. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda isə gecə 6-11°, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir, arabir intensivləşəcəyi ehtimal olunur. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 2-6° isti proqnozlaşdırılır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir güclənəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-3°, gündüz 3-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcəkdir.