“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib
Bakı, 13 avqust, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib.
İKZF-dan AZƏRTAC-a bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:30]
BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]