Floyd Meyvezer videoblogger Loqan Pol ilə nümayiş xarakterli döyüş keçirəcək
Bakı, 22 aprel, AZƏRTAC
Amerikalı boksçu Floyd Meyvezer iyulun 5-də videoblogger Loqan Pol ilə nümayiş xarakterli döyüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Döyüşün əvvəlcə fevralın 20-də baş tutması planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Qırx üç yaşlı Meyvezer ən çox qazanan boksçu hesab olunur. O, filippinli boksçu Menni Pakyao ilə döyüşü zamanı rekord məbləğ - 210 milyon dollar qazanıb. Qeyri-rəsmi məlumatlara görə, onun Konor Makqreqor ilə qarşılaşması üçün 275 milyon dollar ödənilib. 2018-ci ilin iyul ayında “Forbes” F.Meyvezveri ən çox qazanan məşhurlar siyahısında birinci yerə layiq görüb.
F.Meyvezerin aktivində boks qaydaları üzrə 50 qarşılaşmada 50 qələbə var. O, 5 çəki dərəcəsində çempion adına layiq görülüb. 2017-ci il avqustun 26-da keçirilən sonuncu boks qarşılaşmasında amerikalı texniki nokautla irlandiyalı Konor Makqreqora qalib gəlib.
Bundan əvvəl iki görüş keçirən Loqan Polun aktivində bir qələbə, 1 məğlubiyyət var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]