Formula 1-in məşhur qonaqları - FOTOREPORTAJ
Bakı, 24 mart, AZƏRTAC
Dünyanın məşhur simaları hər il mütəmadi olaraq Formula 1 yarışlarının qonağı olurlar. Bəzi məşhurlar Formula 1 yarışlarını daim izləyirlər.
Martın 13-də Avstraliyada start götürməsi nəzərdə tutulan Formula 1-in yeni mövsümü koronavirus pandemiyasına görə uzadılır. Vyetnam, Çin, Bəhreyn, Niderland, İspaniya və Azərbaycan Qran-priləri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Monako Qran-Prisi isə cari mövsümdə keçirilməyəcək.
AZƏRTAC son illərdə “kral yürüşləri”ni izləməyə gələn məşhurlardan ibarət fotoreportajı təqdim edir. Fotoreportajda Azərbaycan Qran-Prisindən də maraqlı şəkillər yer alıb.