Formula 1 və MotoGP Madriddə birgə mərhələ keçirə bilərlər
Bakı, 4 aprel, AZƏRTAC
2023-cü ilin martında Madriddə Formula 1 çempionatının tarixində ilk dəfə olaraq “Formula 1 Exhibition” sərgisi açılıb. Ekspozisiyanın təqdimat mərasimində Formula 1-in başçısı Stefano Domenikali şəxsən iştirak edib. Domenikali bildirib ki, Madridə şəhəri Barselona mərhələsinin əvəzinə deyil, ona əlavə olaraq öz Qran-Prisinin keçirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, əsas motoyürüş çempionatı MotoGP-nin promouteri olan “Dorna” şirkətinin rəhbəri Karmelo Espeleta da mərhələnin Madriddə keçirilməsinə marağını bildirib. Belə ki, dünyanın iki əsas yürüş seriyası öz yarışlarını bir trasda eyni uik-end çərçivəsində keçirməlidirlər.
“Mən Stefano Domenikali ilə danışdım ki, o, Formula 1 çempionatının və MotoGP-nin yürüşlərini eyni uik-enddə, eyni trasda keçirilməsinə razılaşsın. Biz bu barədə fikirləşirik. Stefano mənimlə Madriddəki tras barədə danışdı, mən isə Madrid meri ilə bu barədə söhbət etdim”, - deyə Karmelo Espeleta bildirib.
Bununla yanaşı, Madriddə uik-endin keçirilməsi barədə heç bir seriya rəsmi bəyan etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]