Fövqəladə hallar naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 28 avqust, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 30-da Ağdaş şəhərində vətəndaşlarla görüşəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq. Görüş zamanı Ağdaş və Göyçay rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 29-da Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
Görüşdə yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]