Azərbaycan Dövlət İnformasiya Agentliyi

Frankfurtda Dünya Azərbaycanlı Gənclərin I Konqresi davam edir

Frankfurt, 28 noyabr (AZƏRTAC). Almaniyanın Frankfurt Dünya Azərbaycanlı Gənclərin I Konqresi işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü “Virtual həftəsonu məktəbi»nin təqdimatı ilə başlamışdır. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq layihə barədə məlumat vermişdir. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev etmişdir. O bildirmişdir ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında ətraflı danışmışdır. Demişdir ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilinin, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftəsonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında kifayət qədər məlumatı olmayan hər bir azərbaycanlı gəncin virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçılar məlumat vermişlər. Bildirilmişdir ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qrammatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilmişdir. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi nəzərdə tutulmuşdur. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapmışdır. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı bilik əldə etmək mümkündür. “İqtisadi coğrafiya” alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə söz açılır. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilmişdir. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd olunmuşdur ki, bu bölmə digər bölmələrdən daha genişdir və burada əyani vasitələrdən daha çox istifadə olunmuşdur. “Azərbaycan ədəbiyyatı” bölməsində Azərbaycanın yazılı və şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilmişdir. Bu bölmədə, həmçinin, şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür. Layihənin üstünlüyü ondadır ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək mənimsəmək imkanı vardır. Bundan başqa, mövzulara uyğun əyani vasitələr, foto, video və audio materiallar verilmişdir. Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də vardır.

Məktəbin vasitələrindən istifadə etmək üçün buraya üzv olmaq vacib deyildir. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və “online” imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır.

Qeyd edək ki, bu ideya ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüşdür. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı da məsələlər müzakirə edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Qurultayın Elm, təhsil və texnologiya komissiyasının iclasındakı çıxışında xaricdə yaşayan soydaşlarımıza milli-mənəvi irsimizin, tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq, bu sahədə virtual məkanın imkanlarından daha geniş şəkildə faydalanmağın vacibliyini vurğulamışdır. Xatıelatmışdır ki, 2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası» layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftəsonu məktəbi"nin yaradılması nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanmışdır. Bu zaman müxtəlif ölkələrin təcrübəsi öyrənilmişdir. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanmışdır.

Layihənin geniş təqdimatından sonra suallara cavab verilmiş, təkliflər səsləndirilmişdir. Çıxış edənlər gələcəkdə “Virtual həftəsonu məktəbi”ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsini, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer almasını təklif etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycandan kənarda yaşayan ailələrdə yeni dünyaya gələn və ilk təhsili başqa cəmiyyətdə almağa başlayan uşaqlar Ana dilini o qədər də mükəmməl bilmirlər və onların doğma dilini bu portal vasitəsilə yaxşı öyrənə bilmələri üçün, eyni zamanda, digər xalqların nümayəndələrinin də “Virtual həftəsonu məktəbi”ndən istifadə edə bilməsi məqsədilə saytın ingilis dilində variantının hazırlanması da vacibdir. Bu təklifin ən yaxın zamanda reallaşdırılması tövsiyə olunmuşdur.

Gənc soydaşlarımız bu layihənin əhəmiyyətindən danışaraq onu hazırlayan hər iki quruma və mütəxəssislərə minnətdarlıqlarını bildirmişlər.

Konqresin işini davam etdirir. Tədbir bu gün yekun sənədlərin qəbulu ilə başa çatacaqdır.

Qeyd edək ki, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun keçirilir. Konqresdə Azərbaycandan 41, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatlarının nümayəndələri, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı-RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılmışdır.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Frankfurt

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib