FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATINDA DAHA BİR YARIMFİNALÇI MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 12 mart (AZƏRTAC). Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dörddəbir final mərhələsinin cavab görüşündə “Bakı” klubu “Xəzər-Lənkəran”la heç-heçə etmişdir - 2:2.
“Xəzər-Lənkəran” komandasında qolların sahibi bolqarıstanlı hücumçu İvan Tsvetkov olmuşdur. O, 28-ci və 67-ci dəqiqələrdə vurduğu qollarla “Xəzər- Lənkəran”ı önə çıxarmışdır. Lakin tezliklə Georgi Adamiya hesab arasındakı fərqi azaltmışdır. Matçın əsas vaxtına əlavə olunmuş vaxtın ilk dəqiqəsində isə Saşa Yunisoğlu bərabərlik topunu vurmuşdur.
“Bakı”nın yarımfinaldakı rəqibi “Neftçi” və “Qarabağ” arasında eyni arenada bu gün keçirilən cavab görüşündə müəyyənləşəcəkdir.
Xatırladaq ki, ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]